Android / iOSİnternetMaraqlıProqram Təminatı

Jailbreak Nədir? Jailbreakın Ziyan və Faydaları!

Jailbreak nədir? Və Jailbreak-in ziyan və faydaları.

Jailbreak – Jailbreak prosesi zamanı cihazınızda bəzi qovluqlar tamamilə istifadəçi üçün açılırki, telefona hər cür bir şey etmək olur. Apple-ın limitlərinin qırılması kimidə adlanır Jailbreak.

Apple iOS-da bəzi qovluqları tamamilə bağlamışdır. Bu qovluqlara misal olaraq Library qovluğunu, /var və ya hamısı birlikdə / qovluğunu misal göstərmək olar. Bunları isə Jailbreak açır.

Bu qovluqlar istifadəçi üçün tam açılanda –

– iOS-da interfeysi dəyişmək mümkün olur.

– Cihazda istənilən edilir.

– Cihazda interfeys dəyişiklikləri tam azad olaraq edilir.

Bəs Jailbreak qanunidir yoxsa yox? Jailbreak qanunidir. Qanunidir, çünki, Jailbreak mağazası olan Cydia-da pullu proqramlar, tweaklər satılmağa icazə var. Bu ödənişlərdə kartlar vasitəsi ilə olur. Bu proqramları və tweakləri

pirat repolardan pulsuz yükləmək olur.

Jailbreak-in faydası nədir?

– Jailbreak-in faydaları –

1) Jailbreak telefonunuzda Apple tərəfindən blok olunmuş qovluqları açırki interfeysdə sonra hər bir dəyişiklik edilə bilir sonra.

– Telefonda hər bir proqramın funksiyasını dəyişməyi misal göstərə bilərik. Cydia-da olan Facebook ++ pulsuz tweak Facebook proqramına kod, barmaq izi qoya bilir. Sizi onlayn moddan tam çıxarma funksiyasınada malikdir. Yazdığınız

zaman sizi heçvaxt görməyəcək.

2) Jailbreak ilə siz telefonunuza çoxlu interfeys dizaynları qoya bilərsiniz.

– Əgər telefonunuzun interfeysini xoşlamırsınızsa və proqramların iconundan xoşunuz gəlmirsə, WinterBoard tweaki ilə siz bunu edə bilərsiniz.

3) Jailbreak sizi başqalarından gizlədəcək və qoruyacaq.

– Cydia-da olan NoTrack tweaki elə edirki bəzi proqramlar sizin fayllarınıza girişi olmasın və onları icazəsiz olaraq başqasına göndərməsin.

4) Telefonunuza yeni funksiyaların əlavə edilməsi.

– Buna misal olaraq Cydia-da olan SwipeSelection tweakini göstərə bilərik. Bu tweak klaviaturanıza çoxlu funksiyalar əlavə edir.

5) Telefonda limitsiz funksiyaların quraşdırılması.

6) Proqramların pulsuz təminatlı mağazalarından tam azad istifadə edilməsi.

– Misal olaraq PP25 və ya vShare göstərə bilərik. Bu mağazalar vasitəsi ilə bütün App Store proqramlarını pulsuz yükləyə bilərsiniz.

© iDoctor

Teqlər

Ilkin Azimov

Saytın Developeri və Baş Admini olaraq, 2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə məlumatları öz dilimizdə təqdim edirəm. TexnoAze.Com heç bir qazanc məqsədi güdmədən fəaliyyət göstərir.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir