Gündəm

İnstagramda Direct’iniz oxunurmu? Açıqlama!

TexnoAze.Com olaraq İnstagramda directin ! “Direct’in oxunması doğrudurmu?” mövzusuna aydınlıq gətiririk.

Bu haqqda daha geniş araşdırdım, sizi maarifləndirmək istərdim. Deməli proqram adı “WatchDm for instagram Direct” ilə Direct mesajları oxunmur!

Yenilənmə ilə bərabər iOS istifadəçilərində instagramda gələn mesaj və bildirişlərin gəlməməsi və ya gecikməsiylə əlaqəli yaradılan bu proqram tamamilə pul tələsidir. Proqramın öz şəxsi açıqlamasında da bu qeyd olunub, ingiliscə olan məqalədə saat, mesah və qrup söhbətlərinə, bildirişlərə nəzarət kimi məlumatlar öz əksini tapır.(şəkilə baxın.)

Sadəcə hərkəs Direct görüb bunun mesah oxuya biləcəyinə inanır. “Watch” sözü burda izləmək, görmək mənasında yox, saat mənasında işlədilib. Düzdür proqrama daxil olarkən şəxsi məlumatlar götürülür, amma bunun nə dərəcədə qarşı tərəfə ötürülməsi mübahisəli mövzudur. Bəziləri deyir, mən bunu etdim flankəsin mesajın oxudum.

Atalar yaxşı deyib, 100 dəfə deyincə, 1 dəfə görmək yaxşıdır. Odur ki, ortaya nəsə çıxaran yoxdur. Direct’i oxuduğu sanılan proqram budur, amma əsas işi bu deyil. Əgər bu proqram xaricində başqa proqram varsa və onun sayəsində kiminsə mesajları oxunubsa bilməlisiz ki, ilk öz informasiyalarınız hack olunur! Belə-belə hətta siz yaxınlarınızın belə özəlini istəmədən proqrama ötürmüş olursuz.

Sözün açığı mən xarici səhifələrdə də bu haqqda paylaşıma rast gəlməmişəm. Çünki həqiqətdə belə bir şey olsa həmin proqramı bağlamaq və proqrsmisti tapmaq dövlətin əlində su içmək kimi birşey olardı. Nəinki adi insanların, eləcə də siyasi məmurların, dövlət xadimlərinin və s. direct’i oxunardı.

Qısacası, dünya belə proqrama okay deməzdi. Düzdür, Ghosty ilə gizlilik deyə bir şey qalmadı instagramda, amma bilməlisiniz ki, bunu yaradan hacker həmin proqramı instagramda səhv, boşluq taparaq old instagram üstünə yığıb. Loru dildə desək, hardasa 10 il bundan öncəki, ilk başlarda yaradılan instagram üzərinə. Ona görə də güvənlik, gizlilik boşluğuna hər proqramdan istifadə edən, etməyən asanlıqla düşə bilir. Ghosty proqramından dərhal sonra Direct oxuma proqramın gündəmə gəlməsi insanlarda qorxu, xaos yaratmaqdan başqa birşey deyil.

Sagop Rzayev.

İnstagram və Telegram kanallarımıza abone olaraq bizi sosial şəbəkələrdən izləyə bilər və məlumatlardan daha tez xəbərdar ola bilərsiniz.

İnstagram: Tıkla

Telegram: Tıkla

Teqlər

Ilkin Azimov

Saytın Developeri və Baş Admini olaraq, 2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə məlumatları öz dilimizdə təqdim edirəm. TexnoAze.Com heç bir qazanc məqsədi güdmədən fəaliyyət göstərir.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin Yoxlayın

Close