Maraqlı

iPhone Batareyaları Haqqında Lazımı Məlumatlar!

Bildiyimiz kimi, Apple cihazlarında xüsusən, iPhone-da istifadəçi narazılıqlarının başında enerji bitimi və batareya problemi gəlir. Bunları nəzərə alaraq sizə faydalı olacaq aşağıdakı təlimatları təqdim edirik.

Cihazınızın batareya ömrünü daha davamlı etmək üçün Apple aşağıdakı tövsüyyələri edir.

1.Ən son əməliyyat sistemini yükləyin.

Apple ƏS yeniləmələri hər zaman enerji istifadəsini tənzimləyən texnologiya ilə gəlir. Bu səbəblə cihazınızda hər zaman iOS, OS X və ya W atchOS ƏS-nin ən yeni versiyasını istifadəsindən əmin olun.

2.Cihazı aşırı isti və soyuqdan qoruyun.

Apple cihazları 16°- 22°C aralığında daha üstün performans göstərəcək şəkildə hazırlanıb. Bu səbəbdən cihazınızı batareya ömrünə həmişəlik zərər verə biləcək 35°C -dən artıq istiliyə məruz qoymamalısınız, həmçinin göstəriləndən daha yüksək tempraturda şarj etmək batareya ömrünə daha ciddi zərər verir və qarşısı alınmaz problemlərə səbəb olur. Cihazı çox soyuq şəraitdə istifadə edərkən enerji tez bitə bilər, lakin normal hava şəraitində yenidən əvvəlki vəziyyətinə dönəcək.

Qeyd: iPhone, iPad, iPod ve Apple Watch ən yaxşı performansı 0° və 35°C, MacBook -da isə 10° ve 35°C tempratur aralığındadır.

3.Şarj edərkən keysi üzərindən çıxarın.

Cihazın keys ilə birlikdə şarj edilməsi normadan artıq istilənməyə səbəb olur, bu da batareya ömrünə təsir edir. Bu halı fərq etsəniz keysi cihazınızdan çıxarın.

4. Cihazı uzunmüddətli istifadə etmiyəcəksinizsə batareya yarıdolu halda sönülü saxlayın

Cihazı uzunmüddətli sönülü saxlayacaqsınızsa diqqət etməli lazım olan 2 nüans var. Batareya dolum faizi və tempratur dərəcəsi.

Cihazın enerjisini tam olaraq doldurmayın və ya boşaltmayın. Şarj səviyyəsinin 50% civarında olmasını təmin edin.Cihazınızı tamamilə boş şarjla saxlasanız, batareya uzunmüddətli deşarj rejiminə keçə bilər və bir daha şarj olmaya bilər. Cihazınızı uzun müddət boyunca tam şarjla saxlasanız, batareya tutumunda azalma ola bilər və bu durum batareya ömrünü qısalda bilər.

Lazımsız enerji istifadəsini qarşısın almaq üçün cihazı bağlayın.

Cihazı 32°C tempratur altındaki sərin və rütubətsiz bir yerə qoyun.

Cihazınızı 6 aydan uzun bir müddət boyunca saxlamağı planlıyırsınızsa, 6 aydan bir 50%-ə qədər şarj edin.

Cihazın saxlama müddətindən asılı olaraq enerji aşağı və ya sönülü ola bilər, açılması üçün original adapteri ilə 20 dəqiqə şarj etmək lazım gələcək.

Əlavələr: Bataryanı dolduqdan dərhal sonra enerjdən ayırın

Litium ionlu bataryalar ücün ideal doldurma faizi 50%-95% dir, onun daimi olaraq 100% də saxlamaq tələb olunmur. Batarya 100% olduqdan sonra onu enerjiden ayırın, bəziləri batareya tam dolduqdan sonra belə onu enerjiyə qoşulu saxlayaraq bataryanın ömrünü qısaldır. Bu adətən bataryanı gecə enejriyə qoşub səhərə qədər saxlayarkən baş verir.

5. Ayda bir dəfə bataryanı 0% ə qədər boşaldın.

Bu əvvəki 2 məsləhətdə dediklərimizin əksi kimi görsənə bilər amma indi izah edəcəyik. Bataryanın tam boşaldılması onun göstəricisini tənzimləmək üçündür, hazırki batareyaların çoxu “ağilli bataryalardır” və bataryadakı enerjinin ömrünün nə qədər qaldığını gostərir (məsələn 2 saat 15 dəqiqə). Bataryanın 50%-95% aralığında uzun müddət qalması onun bu funksiyasının düzgün işləməməsinə səbəb olur, buna görə də sizə batareyanı ayda bir dəfə tam boşatmağı məsləhət görürük.

Original olmayan və qeyr-standart usb-kabellərdən qətiyyən istifadə etməyin. Original və Apple tərəfindən lisenziyalaşdırılmış (MFI) kabellər Apple cihazlarıyla uyuşan texnologiya ilə hazırlanır. Digər kabellər isə bu şərtlər əməl olunmadığından bir müddət sonra cihazla uyuşmaya, gec enerji toplaya, batareya ömrünü qısalda və cihazı sıradan çıxara bilər.

Qeyd: Məqalə apple.com saytına istinad, araşdırma və mütəxəssislərimizin fikirləri əsasında hazırlanıb.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir