Maraqlı

Telefonunuz Suya Düşərsə Bunları Edin !

Dəniz sezonun gəlməsi ilə əlaqədar artıq telefonların suya düşmə halı çoxalıb. Düzgün müdaxilə edilmədikdə telefonların sıradan çıxması halı həddən artıq baş verir.

Aşağıdakı addımları tətbiq edərək telefonu sağlam vəziyyətə qaytara bilərsiniz.

1. Telefonu tez sudan çıxarın və söndürün. Quruduğundan əmin olana qədər telefonu yandırmayın. Qurumadan açmağa çalışdığınızda düzəlmə ehtimalı varıydısa belə düzəlməyəcəkdir, tamamilə, qeyri-işlək vəziyyətə gələcəkdir.

2. Sudan çıxardıqdan sonra əgər batareyanı telefondan ayırmaq mümkündürsə, çıxardın. Ardından quru bir əsgi ilə telefonu qurulayın və əsgini tez-tez dəyişin.

3. SİM Kartınızı çıxarın. SİM Kartıda əsgi ilə qurulayın. Telefon qurumadan heç bir halda kartı telefona daxil etməyin.

4. Telefonunuzun üzərindəki xarici donanımların hamısın çıxarın. Bunlar SD Kart, qulaqlıq, Kabro ola bilər.

5.

Qalan nəmi çəkmək üçün elektrikli süpürgə(tozsoran) istifadə edin. İslanan telefonu birbaşa tozsoronla çəkməyin. Bunu edən zaman çox yaxın tutmayın, telefonu bölümlərinə ayırın və hər bölümü ən az 20 dəqiqə çəkin. Bu sırada telefonu tez-tüz döndürməyi də unutmayın.

6. Telefonu qurutmaq üçün Fen qətiyyən istifadə etməyin ! Telefonunuz saatlarca suyun altında qalsa belə saç qurutma maşınının sizə kömək edəcəyini düşünməyin. Yenə də sizə maraqlıdırsa, Fendən istifadə suyun daha dərinlərə getməsinə səbəb olacaq. Əlavə olaraq isti hava telefonunuzun bəzi yerlərin əridə bilər.

7. Telefonunuzu düyü ilə dolu bir qutumun içinə qoya bilərsiniz. Düyü telefonda olan nəmi çəkəcəkdir. Telefonun üzərindəki bütün hərşeyi çıxarıb onlarıda ayrılıqda yaxud eyni vaxtda düyü dolu olan qutuya qoyun. Telefonun bütün nəminin çəkilməsi üçün 2-3 gün gözləməli arada telefonu tərs üzündə qoymalısınız. Telefon sudan çıxdıqdan sonra ilk 6 saat çox vacibdir. Hər saat başı telefona baxmalı su varsa üzərində əsgi ilə qurudun, tozsoran ilə nəmin çəkin və qutuya geri qoyun.

8. Telefonu günəşin qarşısına qoyun ki, qurutsun. Bu mütləqdir. Telefonun altına bir əsgi falan qoyunki telefondakı su əsgiyə keçsin.

9. Ən az 24 saat sonra teledonunuzu incəliyin və quruduğundan əmin olun. Quruduğundan 100% əminsinizsə, telefonu şarja taxın. Açılan zaman qərib səslər gələrsə, təəssüf ki, bəzi yerləri xarab olmuşdur.

10. Telefonun düzəlmədiyin görsəniz ən son çarə ustaya aparın və problemin nədən qaynaqlandığınıda deyin ki, sizə daha tez kömək edə bilsinlər.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir