Gündəm

İstədiyi domeni almaq üçün silaha əl atan şəxsə həbs cəzası !

Amerikada baş verən hadisədə almaq istədiyi domain adının başqa biri tərəfindən alındığını görən adam, domain adının hüquqi sahibinə silahlı hücum etdi. Məhkəmə günahkara həbs hökmü verdi.

Amerikada yaşayan və sosial şəbəkə təşəbbüskarı olan Rossi Lorathio Adams,istədiyi domain adının başqası tərəfindən alındığının fərqinə vardı. Domain adını hüquqi sahibindən dəfələrcə istəməsinə baxmayaraq, bir naliyyət əldə edə bilmədi. Ilk başlarda silah emojiləri ilə başlayan təhdidlər, sonradan Adamsın silahlı hücumuna çevrildi.

2015-ci ildə qurmuş olduğu State Snaps adlı sosial şəbəkə platformunda istifadə edilən “do it for state” şüarından sonra platformasının bu ad altında daşımaq istəyən Adams domain adının hüquqi sahibinə qarşı uğurlu nəticə əldə edə bilmədi. O, öz əmi oğlusu ilə plan quraraq şəxsin evinə girib və domain adının onun adına keçirməyi üçün ona silah doğruldub, lakin gözlənilmədən ev sahibi silahı alıb Adams və əmi oğlusunu yaralayıb.

Adamsın əmi oğlusuna özəl mülkə icazəsiz girmək, oğurluq və adam öldürməyə cəhddən 20 il həbs cəzası verilib. Adams da eyni səbəblərdən günahlandırılıb cəzası isə cümə günü bəlli olacaq. O, 20 il həbs cəzası və 25000 dollar pul cəzası ala bilər.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir