Gündəm

Azərbaycanlı Şagird 56000 $ təqaüd qazandı!

Bu qardaşı tanıyırsız yəqin ki. Ötən il Meksikada keçirilən Robot Olimpiadasında iştiraka görə NRYTN(Azərbaycan Nəqliyyat Yüksək Texnologiyalar Nazirliyi)-dən heç bir dəstək ala bilməyən Yasin Quliyev

O, 56.000 dollarlıq təqaüdlü təhsil qazandı.

Dünyanın bir çox aparıcı universitetlərinə (University of Massachusetts Boston, University of South Florida, Illinois State University, Bahçeşehir Unveristesi – 100% təqaüdlə) bilik və bacarığı ilə qazanan Yasin eyni zamanda Sabancı univeristetindən 56.000 dollar təqaüd qazanıb. O təhsilini Sabancı Universitetində “Kompüter Mühəndisliyi” bölümündə davam etdirəcək.

Yasin II robot Olimpiadası”nda “Hardware Control” kateqoriyası üzrə I yerin sahibi olub və Meksikada keçirilən “First Global” beynəlxalq robot-texnika yarışında iştirak etmək haqqı qazanmışdı, lakin Azərbaycan Nəqliyyat Yüksək Texnologiyalar Nazirliyi Yasin Quliyevin Meksikada keçirilən Beynəlxalq Olimpiadaya getməsi üçün heç bir dəstək göstərməmiş, “pulumuz yoxdur” demişdir!

Təbriklər, Yasin!

Belə belə ölkəmizi irəli çəkə biləcək gəncləri itiririk..

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin Yoxlayın

Close