Maraqlı

Telefonda 5 və ya daha çox WhatsApp işlət !

Bu gün məqalədə sizlərə  Parallel Space adlı tətbiq vasitəsi ilə proqramları kopyalamaq üsulundan bəhs edəcəyik. Bu tətbiq vasitəsi ilə siz öz mobil telefonunuzda bir proqramdan 4-5 ədəd və ya daha çox istifadə edə bilərsiniz(WhatsApp , İnstagram, Facebook və s). Bu da sizin eyni anda birdən çox hesabda online olmağınıza imkan verir.

Bildiyimiz kimi İnstagramda  maksimum 5 hesab açma limiti var, lakin bu tətbiq vasitəsi ilə artıq limit olmadan hesab aça bilərsiniz. Bu tətbiqi digərlərindən fərqli edən isə reklamların daha az olmasıdır.

 

Tətbiqdən istiadə etmək üçün: İlk öncə Play Market dən Parallel Space adlı tətbiqi yükləyib quraşdırırıq. Sonra tətbiqə daxil olub lazımı icazələri verdikdən sonra qarşınıza mobil telefonunuzda olan tətbiqlər çıxacaq biz klonlamaq istədiyimiz tətbiqləri seçirik və əlavə edə basırıq. Bu qədər artıq seçdiyimiz tətbiqlər Parallel Space  tətbiqinin içində olacaq və biz buradan istədiyimiz tətbiqə daxil ola bilərik və ya widget vasitəsi ilə programı ana ekrana yerləşdirə bilərik, beləliklə, daha asan daxil ola bilərsiniz.

Program Linki: Parallel Space

Qeyd edək ki, tətbiq Android platformalı cihazlar üçün nəzərdə tutulub.

Teqlər

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin Yoxlayın

Close