Gündəm

Google’a Yenilik Gəlir !

Google axtarış çubuğuna yeni əmr gəlir!

Google axtarış çubuğundan verilən əmrlərin sayı artmağa davam edir. Texnologiya nəhənginin indilərdə tarix filtri üstündə iş gördüyü ortaya çıxdı.

Aradığımız hər bir məlumatı tapa bildiyimiz Google, istifadəçi dostu inkişafı davam etdirir. İstifadəçilər axtarış nəticələrini tarixə görə sıralaya bilirdilər.

İndi isə tarix filtri üstündə işlər aparılır. İstifadəçilər etdikləri axtarışlarda istədikləri məlumatları daha asanlıqla əldə edə bilmək üçün axtarış çubuğunda tarix filtrləməsini edə biləcəklər. Bunun, Google veb saytında istifadəçi interfeysini istifadə etmək əvəzinə, axtarış əmrlərini istifadə edənləri hədəflədiyini deyə bilərik.

Axtarış çubuğuna aşağıdakı əmrlər yazılaraq asanlıqla filtrləmə ediləcək.

Yuxarıdakı əmrlərə baxdığımızda, ilk əmrin “Avenger Endgame” ilə bağlı 2019-cu ildən əvvəlki məzmunları filtrlədiyini görürük. İkinci əmrdə isə 1 Apreldən sonra yayınlanan məzmunlar axtarılır. Üçüncü yerdə isə 1 Mart ilə 5 Mart arasında yayınlanan məzmunlar sıralanır. Bənzər bir xüsusiyyət istifadəçi interfeysində də mövcuddur. Bu xüsusiyyət axtarışları əmrlərlə edən istifadəçilərin işini asanlaşdıracaq kimi görünür. İstənilən tarixi axtarış çubuğuna yazmaq və onu göründüyü kimi filtrləmək kifayətdir.

Yeni filtrləmə üsulunun hələ beta halında olduğunu xatırladaq.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir