Gündəm

Nəhayət, WhatsApp Businnes iOS Platformasında !

WhatsApp Business uzun müddətdir  Android platformasında istifadə olunurdu, lakin  iOS üçün çox uzun zaman keçməsinə baxmayaraq, global olaraq istifadəyə verilməmişdi.

Uzun çəkən maraqlı gözləmə müddəti nəhayət sona çatdı və WhatsApp Business iOS üçün istifadəyə verildi ! App Store-də global olaraq bütün ölkələr üçün nəzərdə tutulmuşdur. Yükləyə bilərsiniz.

Baxaq görək WhatsApp Business iOS istifadəçiləri üçün nələr təklif edir ?

2018 yanvar ayında istifadəyə verilən WhatsApp Business, bir müddətdir ki, iOS platformu üçün test edilirdi. Bəzi ölkələr üçün aktiv olan proqram, nəhayət ki, bütün dünya üçün istifadəyə verildi.

96.5 MB böyüklüyündəki proqramı AppStore üzərindən ödənişsiz olaraq yükləyə bilərsiniz.

WhatsApp Business nədir?

WhatsApp demək olar ki, bütün dünyada istifadə olunan proqramdır. Whatsapp’ın şirkət və ofislərdədə istifadə olunduğunu görən şirkət  WhatsaApp Business ilə qarşımıza çıxdı.

WhatsApp Businessdə sizə yazılan mesajara avtomatik olaraq cavab yazma, sürətli cavab kimi funksiyalar mövcuddur.

WhatsApp Business yükləyərkən adi WhatsApp’ı silməyə ehtiyac yoxdur. Sadə WhatsApp’da digər hər hansı bir nömrənizi işlədə bilərsiniz.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir