Maraqlı

Telefonunuzda olan viruslardan azad olun !

Virusdan telefonu necə təmizləmək olar?, Android iOS telefon virusunun silinməsi prosesi necə aparılır? Telefonda virus olmağın haradan bilmək olar? Biz bugün bu suallara cavab verəcəyik.

Ağıllı telefonlarda ən çox istifadə edilən Android və ya iOS əməliyyat sistemləri  xaricdən bir növ virusları qəbul edə bilirlər. İstifadəçilər də bu  vəziyyətdən olduqca narazıdırlar. Pis nəticələrdən qaçınmaq üçün telefon sahibləri ən qısa zamanda təhlükəsizlik tədbirləri almalıdırlar. Xüsusilə, son günlərdə, əsasən, kompüterlərdə olan  “fidyə virusunun” artıq Ağıllı telefonlara da   keçdiyi bilinir. Smartphone istifadəçiləri,istər  Android istərsə də iOS olub-olmamasından asılı olmayaraq telefondakı virusları təmizləməlidirlər.

Bir telefonda virus olduğunu nevə anlamaq olar?

Bu yazıda, telefondakı virusları necə təmizləyəcəyimizi ətraflı izah edəcəyik.

Telefonda virusun Tapılması və silinməsi

İlk növbədə, bizə smartfonlardakı virusları aşkar edən və silən proqram  lazımdır. Sizlərə Malwarebytes şirkətinin istehsalı Anti-Malware proqramını təklif edirəm. Ancaq istəsəniz Kapersky, Avast və McAffe kimi anti-virus proqram şirkətlərinin tətbiqlərini seçə bilərsiniz. Gəlin Android və iOS telefon mağazasına gedək, proqramı yükləyin və sonra telefonunuzu tarayın.

Anti-Malware proqramı üzərindən  izah edəcəyik  ;
Proqramı açdıqdan sonra üst soldakı menyu düyməsini basın və Scanner bölümünə daxil olun və telefonu zərərli viruslar üçün tarayın. Proqramın bizə verdiyi təlimata görə virusları silin.

Gərəksiz Proqramlar Sil

Virusları sildik, lakin telefonumuzda virus olduğu bəzən görülə  bilməz, ancaq viruslar daxil ola bilər. Bunlar lazımsız və əlavə tətbiqlərdir və telefonunuzu batareyasının tez tükənməsinə və  yavaşlamasına səbəb ola bilər. Telefonumuz Androiddirsə , lazımsız gördüyümüz proqramları aradan qaldırmaq üçün  Tənzimləmələr> Proqramlar bölməsindən lazımsız bildiyiniz  tətbiqləri  silə bilərik.

Beləliklə, azda olsa telefonu viruslardan xilas etdik.

Bəzən virusların çox zərər verdiyin gördükdə, anti-virus proqramlarının belə aciz qaldığı vəziyyətdə ən yaxşı seçim format olacaqdır. Çünki telefonunuzdakı şəxsi, bank, kart məlumatlarınız zərərli proqramlar sayəsində oğurlana bilər.

Teqlər

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir