Gündəm

Windows 7 üçün texniki dəstəyə son !

10 illik ömrünü başa vuran  Windows 7 əməliyyat sisteminin texniki dəstəyi 2020-ci ilin yanvarında başa çatacaq. Microsoft artıq istifadəçiləri xəbərdar etməyə başladı.

Microsoftun ən uzun müddət fəaliyyət göstərən əməliyyat sistemi windows 7-nin ömrü sona çatir. Windows 7 istifadəçiləri üçün, Microsoft zəhlə tökən  xəbərdarlıqlar etməyə başladı.

Windows 10  əməliyyat sistemi tanıdılan dövrdə windows 7 , windows 8 , windows 8.1 istifadəçilərinə xəbrədarlıq mesajları göndərilirdi . Bu isə öz növbəsində istifadəçilərin narazılığına səbəb olurdu . Bunun üçün şirkətə tənqid məktubları göndərilmişdi. Microsoft gələn təkliflərlə bağlı xəbərdarlıqlardan əl çəksədə yenidən bu xəbərdarlıqlara başlayıb.

Microsoft, yeni bir xəbərdarlıq sisteminə keçdi, çünki Windows 7 əməliyyat sisteminin texniki dəstəyi 14 Yanvar 2020 tarixində sona çatacaq. KB4493132 yeniləməsi ilə, Windows 7 istifadəçilərinə Windows 10-a keçmələri barədə xəbərdarlıq edilir.

Microsoft bu dəfə bir az daha diqqətli olub və mesajı xəbərdarlıq pəncərəsində göstərmək üçün seçim əlavə etdi. Yəni bir dəfə vurduğunuzda xəbərdarlıq mesajları kəsilir.

2009-cu il Oktyabrda  buraxılan Windows 7 əməliyyat sistemi hələ də çox istifadəçi  tərəfindən istifadə olunur. Xüsusilə Windows 8 versiyalarının uğursuzluğundan və yeni interfeysin uğursuzluğundan görə, sayısız istifadəçi, xüsusilə də qurumlar, yeniləməyi rədd etdi. Windows 10, mövcud problemləri aradan qaldıraraq Windows 7 versiyasını aradan qaldırmağa müvəffəq oldu.

Teqlər

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir