Maraqlı

iPhone’in heç bilmədiyiniz gizli xüsusiyyətləri !(DEV)

Bugün sizlərə böyük,amma çox yararlı bir məqalə təqdim edəcəyik. Ümid varıq ki, çəkdiyimiz əziyyətlərə dəyəcək bir məqalə olacaqdır. Əminəm ki, aşağıda yazılanların 80%-in bilmirsiniz. Məqaləni bitirdikdən sonra bunun əyani şahidi olacaqsınız.

1. Apple Maps proqramını açın(telefonun öz proqramı) sonra aşağıda sağda hava durumu işarətinin üzərində basılı tutun. Bunu etdiyinizdə olduğunuz yerin hava məlumatların saatlıq olaraq müşahidə edə bilərsiniz.

2. iPhone’in fənər işığından istifadə edirsiniz, lakin işığın səviyyəsin idarə etmə imkanınız olduğun bilirdinizmi? Bunun üçün aşağıdan yuxarıya qaldırın fənərin üzərində basılı tutun.

3. Axşamlar yatarkən musiqi dinləməyi sevirsiniz, lakin sabah qalxanda artıq batareyanızın bitdiyini görüb heyfslənirsinizsə bu tam sizin üçündür. Əminəm ki, bunu çoxunuz bilmirsiniz.

Saat‘a girin

Sonra aşağıda Sayaçı seçin, Sayaç bitincə sözü olan hissəyə daxil olub. Çalmayı durduru seçin. Sonra isə musiqinin sönməsin istədiyiniz vaxtı təyin edin və başlat butonuna basın. Beləliklə, telefonunuz boş yerə işləməyək. Batareya ömrünə və qulaqlarınıza qənaət etmiş olacaqsınız))

4. Sizə mesaj,bildiriş və s gələrkən eşitdiyiniz titrəşmə səsin dəyişə, istədiyiniz kimi edə biləcəyinizi bilirdinizmi? Bunun üçün bu yolu izləyin. Ayarlar>Ses ve Dokunuş>Yeni Sesli Mesaj>Titreşim>Yeni Titreşim Yarat bura daxil olduqdan sonra müəyyən vaxt ərzində ekrana əlinizi basıb çəkərək yeni titrəşim yarada bilərsiniz.

5. Telefonunuz kilitli olarkən belə, kameranın növün dəyişə bilərsiniz. Bunun üçün ekranı aşağıdan yuxarı qaldırın və kameranın üzərində basılı saxlayın.

6. Sizə zəng edənlərlə danışa bilmirsinizsə, zəng ekranındakı mesaja basın və göndərin. Mesaj mətnin öz istədiyiniz kimi əvvəlcədən dəyişə bilərsiniz.

7.

iPhone telefonlarda qulaqcıqlar sadəcə sizə musiqi ötürmək üçün istifadə olunmur. Qulaqcıq ilə musqiləri başlada, dayandıra, dəyişdirə bilər, kamera ilə şəkil çəkə bilərsiniz.

1) Qulaqlığın orta düyməsinə basdığınızda musiqi başladar, yenə basdığınızda isə dayandıra bilər.

2) Orta düyməyə 2 dəfə sürətlə basdığınızda musiqini dəyişər.

3) Orta düyməyə 2 dəfə sürətlə basdıqdan sonra 3-cü dəfə basılı saxlasanız musiqinin dəqiqə və saniyələrin irəli doğru apara bilərsiniz. Basılı tutduğunuz müddətcə bu proses davam edəcəkdir.

4) Bu dəfə orta düyməyə 3 dəfə sütətlə basdıqdan sonra 4-cüyə basılı tutduğunuz müddətcə musiqi geriyə doğru hərəkət edəcəkdir.

5) Qulaqlığınız bağlı olduğu zaman zəng gələrsə orta düyməyə bir dəfə basaraq cavablaya bilərsiniz.

6) Əgər birisiylə danışarkən yenə zəng gələrsə, orta düyməyə 1 dəfə basaraq danışdığınız şəxsi gözlətməyə alıb, yeni zənglə danışa bilərsiniz.

7) Əgər birisiylə danışarkən gələn yeni zəngi açmaq isdəmirsinizsə orta düyməni təxminən 2 saniyə basılı tutun.

8) Normal bir danışmanı sonlandırmaq üçün orta düyməyə 1 dəfə basmağınız kifayətdir.

9) Gələn zəngləri ləğv etmək üçün orta düymədə 2 saniyə basılı saxlayın.

10) Siri’ni açmaq üçün isə orta düyməni basılı saxlamağınız kifayətdir.

11) Kamerada olduğunuz zaman səs səviyyəsin qaldırma, yaxud endirmə düymələrindən birinə basaraq şəkil çəkə bilərsiniz.

8. “CAPS LOCK”dan istifadə etmək üçün klaviatura ekranındakı bu hissəyə 2 dəfə basmağınız kifayətdir.

9. İnternetdə gördüyünüz bir şəkili telefonunuza yükləmək üçün şəkilin üzərinsə basılı tutun və Görüntüyü kaydet butonuna basın.

10. Mesaj göndərdikdən sonra qarşı tərəfin mesajınızı nə zaman oxuduğunu bilmək istəyirsiniz? O zaman Ayarları açın Mesajlar bölməsinə daxil olun.

Sonra isə aşağıdakı hissəni aktiv edin.

11. Zəng, Mesaj, Bildiriş gələrkən Flaşın yanıb-sönməsin istəyirsiniz? O zaman bu yolu izləyin. Ayarlar>Genel>Erişilebilerlik sonra isə şəkildəki hissəni aktiv edin.

12. Mesajlaşarkən mesaj saatlarını bilmək istəyirsinizsə, mesajların üzərinə basaraq sol tərəfə doğru çəkib baxa bilərsiniz.

13. Telefonunuzun daha tez zaretqa yığmasını istəyirsinizsə, Uçak Modunu aktiv etməlisiniz. 50%-ə yaxın fərq olduğunu qeyd etmək istəyirəm.

14. iPhone’də hər hansı bir bölmədə mesaj yazarkən telefonu sağa sola sirkələsəniz qarşınıza belə birşey çıxacaq

Geri al butonuna basaraq yazdığınız mesajl silə bilərsiniz.

15. Telefonunuzda istəmədiyiniz zəngləri əngəlləyə biləcəyinizi bilirdinizmi? iOS 7 ilə gələn funksiya çox yararlıdır. Bunu etmək üçün Ayarlar>Telefon>Engellenenler bu yolu izləyin.

16. 200GB və ya daha çox iCloud depo alanı almısınızsa, bunu aile üzvləri ilə paylaşa bilərsiniz.

17. iPhone’də ekranın videosun çəkmək istəyirsiniz? Bunun üçün başqa proqrama ehtiyac yoxdur. Bu elə telefonun özündə mövcuddur. Bunun üçün Ayarlar>Denetim Merkezi>Denetimi Özelleştir girərək ekran videosun almanı əlavə edə bilərsiniz.

18. Əlləriniz yağlıdır? Kilidi aça bilmirsiniz? Bəs, telefona burnunuzu əlavə edə biləcəyinizi bilirdiniz? Bunun üçün Touc id’yə burnunuzu tanıtmağınız kifayətdir.)

19. Klaviaturanıza emoji(smaylik) əlavə etmək istəyirsiniz, lakin necə edilir bilmirsiniz? O zaman bu yolu izləyin və əlavə edin. Ayarlar > Genel > Klayve > Emoji

20. Telefonunuzun içərisindən telefonu söndürə biləcəyinizi bilirdinizmi? Bunun üçün Ayarlar>Genel>Sistemi Kapat seçin. Telefonun düyməsi işləmədikdə sizə yararı olacaqdır.

21. Telefonunuzu başqa birisinə verdikdə burdan başqa yerə girmə deməyinizə ehtiyac yoxdu) Deməli, bu yolu izləyin. Ayarlar>Genel>Erişilebilerlik>Denetimli erişim

Şəkildəki kimi yuxarıdakı və aşağıdakı hissələri aktiv edin. Sonra Parola ayarlarından parol təyin edin. Artıa hazırdır. Kilitlemek istədiyiniz bölməyə girdikdə Home(Ana ekran düyməsi) düyməsinə 3 dəfə basın. Sonra başladın. Belə etdikdə siz misal olaraq Safariyə girmisinizsə, 3 dəfə basaraq aktiv etdikdən sonra Safaridən başqa heç bir yerə girmək olmayacaq, telefon kilitlənməyəcək, Ses düymələri işləməyəcək. Deaktiv etmək üçün isə 3 dəfə yenidən basmağınız kifayətdir. Kilidi açmaq üçün parol və ya touch id istifafə edə bilərsiniz.

 

Məqaləmizi burda sonlandırırıq. Düşünürəm ki, yararlı və uzun bir məqalə oldu. Fikirlərinizi bildirə bilərsiniz. İstək olarsa, davamı gələcəkdir. Oxuduğunuz üçün təşəkkürlər.

P.S: Məqaləni kopyalayıb hər hansı bir saytda icazəsiz paylaşmaq qadağandır! Məqalə TexnoAze.Coma aitdir. Müəllif hüquqları qorunur.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin Yoxlayın

Close
Close
Close