Gündəm

5G ilə Dünyanın ilk uzaqdan beyin əməliyyatı reallaşdı.

Şənbə günü Xalq Qurtuluş Ordusu Ümumi Xəstəxanası (PLAGH) tərəfindən edilən əməliyyatda, Ling Zhipei tərəfindən xəstənin beyinində bir nörostimulyator yerləşdirildi.

Cərrah 3000 kilometr uzaqlıqdakı Hainanın cənubundakı Pekin şəhərində yerləşən PLAGH xəstəxanasına rəhbərlik etmişdir.

3 saatlıq əməliyyatın planlandığı kimi olduğu və müvəffəqiyyətlə tamamlandığı açıqlandı. Əməliyyatdan sonra Parkinson xəstəsi olan xəstənin sağlam olduğu bildirildi. Xəstə dedi: “Dünyada ilk əməliyyatdan sonra yaxşı hiss edirəm.

Doktor əməliyyatda Huawei tərəfindən hazırlanmış 5G ilə təchiz olunmuş kompüterdən istifadə edib. Real vaxt koordinasiya malik olan texnologiyadan danışan Dr.Ling deyib ki, xəstənin 3000 km uzaqda olduğu heç hiss olunmadı.

Bu günə qədər istifadə edilən 4G texnologiyası video və uzaqdan idarəetmə gecikmələrinə görə tibbi müdaxilələr üçün ideal deyildi. Ancaq 5G ilə bu problem aradan qaldırılmış görünür.

Daha əvvəl Çində 5G texnologiyası ilə bir heyvanın uzaqdan əməliyyatı da edilmişdi.

Halhazırda Azərbaycanda 4G texnologiyasının belə bəzi yerlərdə olmadığını düşünərsək, 5G’nin bizə uzun zaman sonra çatacağını anlamaq elə də çətin deyil.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir