Gündəm

Yeni iPad Air tanıdıldı !

Apple’ın iPad modellərinə iki yeni model əlavə edildi. Şübhəsiz ki, Bunlardan ən diqqət çəkəni iPad Air’dir.

Apple’ın iPad modellərinə iki yeni model əlavə edildi. Yeni iPad Air və iPad mini ilk nəsil Apple Pencil ilə işləmə uyğunluğuyla gəlir. 64 GB və 256 GB iki fərqli saxlama variantları ilə yeni tabletlər A12 Bionic çipi və retina ekranı ilə gəlir.

Yeni iPad Air 10.5 düym və yeni iPad mini isə 7.9 düym ölçüsündədir. Apple’ın yeni iPad Air 2224 x 1668 piksel çözünürlüğe sahib, yeni iPad mini isə 2048 x 1536 piksel ilə qarşımıza çıxır.

Yeni modellərin arxa kamerası 8 MP və FaceTime ön kamera 7 MP foto çəkmə qabiliyyətinə malikdir. Hər iki model HD video çəkə bilir və Touch ID dəstəyinə malikdir.

Yeni modellərin hər ikisi Apple’ın ilk nəsil smartfonu Apple Pencil ilə də uyğunluq təşkil etməsi, onunla işləyə bilməsi diqqətləri öz üzərinə çəkir. Bu vaxt Apple Pencil’in iPad modellərindən ayrı olaraq satıldığını və satış qiymətinin da 220 Azn olduğunu ifadə etdi.

Apple, gələcək həftədən etibarən satışa təqdim ediləcək olan yeni tablet modellərinin qiymətlərini də açıqladı. Buna görə yeni iPad mini 865 Azn, yeni iPad Air isə 1099 Azn’dan başlayan qiymətlərə satışa çıxacaqdır.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close
Close