Gündəm

Samsung Galaxy A seriyası üçün gözlənilən tarix elan edildi !

Bilindiyi kimi, Galaxy A 2019 ailəsi geniş bir ürün yelpazəsinden ibarətdir. İndi bu ailənin yeni üzvü üçün Samsung elan edilmə tarixin açıqladı.

Samsung rəsmi veb saytı vasitəsilə dəvətnamə göndərərək yeni Galaxy A modelinin başlama tarixini elan etmişdir. Samsung 10 aprel Çərşənbə günü Galaxy A modelinin yeni üzvünü təqdim edəcəklərəni açıqladı.

Cənubi Koreya texnologiya nəhəngi Samsung hələ Galaxy A modellərindən hansını təqdim edəcəyini açıqlamayıb, ancaq tədbir Bangkok, Milano və Sao Paulo‘da eyni vaxtda keçiriləcəkdir.

Cənubi Koreyalı texnologiya nəhəngi Samsung, Bangkok, Milan və São Paulo’dakı təqdimetməyə qatılamayacağı təqdirdə samsungmobilepress.com və samsung.com/galaxy bu saytlardan canlı izləyə biləcəklərini qeyd etdi.

Samsung hələ Galaxy A-ın hansı modelin təqdim edəcəyini açıqlamasa da, Galaxy A90-ın təqdim edilə biləcəyi təxmin edilir. Dəvətnamədəki kamera xüsusiyyətlərinə olan vurğu, 48 megapiksel bir kamera sistemi (Samsung ISOCELL Bright GM1 sensoru) olan Galaxy A90’ın mümkünlüyünü gücləndirir.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin Yoxlayın

Close
Close
Close