Gündəm

100 MP kameralı telefonlar gəlir. Hazır olun !

Bu ilin sonunda 100 Megapiksele malik ağıllı telefonlar satışa çıxacaq.

Son aylarda, smartfon istehsalçılarının 32MP və 48MP mekapikselə malik telefonları satışa çıxardığdan sonra “megapiksel müharibələri” yenidən başladı, lakin Qualcomm meneceri Judd Heape görə, bu hələ başlanğıcdır bu son hədd deyil. Heape, MySmartPrice‘e etdiyi şərhdə, sensor istehsalçıları ilə birlikdə, orijinal istehsalçıların bu ilin sonuna qədər 64 MP və 100 MP+ smartfon istehsal edəcəklərini söyləyir.

Heape öz fəaliyyətinə dair xüsusi bir məlumat vermədi, lakin 2019-cu ilin sonuna qədər bu texnologiya ilə birdən çox marka çıxacağını söylədi. Bu göstərir ki, yüksək meqapikselli kameralar təkcə bir dəfə deyil, davamlı istehsal olunacaq.

Redmi Note 7 Pro-nun 48MP, Huawei-nin 40 MP kameradan götürülən şəkillərlə, nə qədər mükəmməl şəkillərin çəkiləcəyini gördük. Bu vəziyyəti nəzərə alaraq, Ultra HD fotoşəkilləri ala bilən ağıllı telefonların gəlməsi istifadəçilər tərəfindən sevilən bir xüsusiyyət olacağı kimi təxmin edilir.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin Yoxlayın

Close