Gündəm

WinRAR’da 19 illik açığ ortaya çıxdı. Diqqət!

WinRAR kompüterlərimizdə sıxılmış faylları açmaq üçün illərlə istifadə olunmuş əvəzsiz proqramlardan biridir. 1995-ci ildən bəri istifadə edilən tətbiq ciddi bir zəifliyə malikdir.

Ötən ayda son 19 il ərzində var olan təhlükəsizlik açığı ortaya çıxmışdır. Check Point təhlükəsizlik firmasının müəyyən etdiyi bu açıq UNACEV2.DLL adlı bir köhnə kitabxananın ACE data sıxılma hissəsində yerləşir.

Bu çərçivədə, hackerlər avtomatik olaraq .RAR faylını qovluğa əlavə edə və avtomatik olaraq kompüterin başlanğıcına əlavə edə bilirdilər.  Beləliklə, onlar kompüterinizə asanlıqla daxil ola bilirdilər.

Xoşbəxtlikdən, bu zəiflik WinRAR versiyası 5.70 ilə birlikdə bağlanıb. Bununla belə, proqramın yeni versiyasını hələ quraşdırmamış milyonlarla istifadəçi var və onlar böyük təhlükə altındadır.

Bu səbəbdən bu çatışmazlıqdan xəbərdar olan digər hackerlar bu sahəyə yönəlməyə başlayıblar. Qeyd etmək istərdik ki, bu günə qədər proqramın 450 milyondan çox istifadəçisi olub. Bu açığdan neçə nəfərin təhlükə altında olmağı isə hələ də bilinmir.

Hər kəsin programı yenidən yükləyib qurmağını təklif edirik. Rəsmi saytda yeni versiya mövcuddur.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir