Maraqlı

Android telefonunuzu istədiyiniz kimi idarə edin. Rootlu/rootsuz

Bildiyimiz kimi Android açıq platforma sisteminə malikdir. Androiddə dəyişikliklər etmək İosa nisbətən daha rahatdır.

Bugün sizə Androiddə icazə verilməyən “admin” hissəsinin mövqelərin göstərəcəyik.  İlk öncə rootsuz edilməsi mümkün olanları açıqlayırq. Rootlu olanlardan istifadə etmək üçün telefonunuzu root etdikdən son XPlore proqramın Googledən yükləyin.

Rootsuz

“/ sdcard” ı mövqeyindən hər kəsin istifadə hüququ vardır.

1. Cihaz beynində saxlanan görüntülər,şəkillər(buradan silinən şəkillərin əksəriyyətini tapa bilərsiniz):
/sdcard/DCIM/.thumbnails

2. Cihazdakı fotoşəkillərdə aşkarlanan üzlər(sifətin görüntüsü)
/sdcard/DCIM/.face

3. AppLock-da gizlənmiş şəkillər və videolar:
/sdcard/.MySecurityData/dont_remove
“.image” papkasındakı faylların son hissəsin “jpg” edərək əldə edə bilərsiniz. “.video” papkasındakı faylların son hissəsin “mp4” edərək əldə edə bilərsiniz.

Rootlu

Aşağıdakı fayllara biliyiniz yoxdursa, toxunmayın. Telefonunuzu qeyri-işlək vəziyyətə gətirə bilərsiniz. Diqqətli olun.

1. “/sdcard/ ” normal ev qovluğu:
/ Storage / emulated / 0

2. Sistem tətbiqlərinin APK’ları:
/ System / app

3. Cihazdakı bütün tətbiqlərin APK’ları:
/ Data / app

4. Ekran kilidi:
/data/system/password.key
/data/system/gasture.key
Hər ikisini silinsəniz, cihazın ekran kilidi silinir (adlar hər bir cihazda dəyişə bilər, amma sonunda key olması kifayətdir)

5. Kontaktdakı nömrələr:
/data/data/com.android.providers.contacts/databases/contacts2.db/phonelookup

6. Zəng  qeydləri:
/data/data/com.android.providers.contacts/databases/callog.db/calls

7. Ana ekrandakı divar kağızı:
/ Data / system / users / 0 / wallpaper

8. Kilit ekranının divar kağızı:
/ Data / system / users / 0 / wallpaper_lock

9. Telefon açılarkən ekrana çıxan animasiya (nümunə SAMSUNG mətn):
/system/media/bootanimation.zip
Mən sizə növbəti mövzularda açılış animasiyalarını dəyişməyə öyrədəcəyəm.

10. Siqnal, zəng , bildiriş səsləri:
/ System / media / audio
Əlavə etmək və ya silə bilərsiniz

11. Qeydə alınmış Wi-Fi şəbəkələrinin xüsusiyyətləri (parol daxil olmaqla):
/data/misc/wifi/wpa_supplicant.conf

12. Proqramların Ana səhifəsi:
/ Data / data

Gördüyünüz kimi rootlu telefon ilə rootsuza nisbətən daha çox deyişikliklər etmək mümkündür. Rootlu telefonda istədiyiniz dəyişiklikləri edə bilərsiniz. Gələcək mövzularda telefonun root edilməsi haqqında paylaşımlar edilməsin nəzərdə tuturuq.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

2 Şərhlər

  1. Gözəl məqalədir, paylaşım üçün təşəkkürlər.
    Bəzilərini android əməliyyat sistemi üzrə işlər aparanda özüm öyrənmişdim amma özüm daim windows istfadəçisi olduğu üçün android əməliyyat sisteminə acığı çoxda maraqlanmamışdım.
    İndi isə baxıram, biraz andorid kodlama dili ilə bütün andoridi yenidən yaratmaq münkündür.

    1. Android proqramlaşdırma ilə çox şey etmək olar. Sırf Azərbaycan yox, Dünyada Android ən çox işlədilən sistemdir. Ona görə də, paylaşımların əksəriyyətin Androida uyğun edirik. Fikirləriniz üçün təşəkkürlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin Yoxlayın

Close