Gündəm

Xiaomi şirkəti Redmi 7’nin təqdimat tarixin açıqladı

Xiaomi şirkəti özünün müstəqil şəkildə fəaliyyət göstərən Redmi brendinin növbəti büdcəli smartfon modeli olacaq Redmi 7-nin təqdimat tarixini rəsmi olaraq elan etdi. Beləliklə Redmi 7 smartfonu 18 mart tarixində Redmi Note 7 Pro modeli ilə birlikdə təqdim olunacaq. Qeyd etmək lazımdır ki, həmin gündə həmçnin şirkətin yeni gamer smartfonu olacaq Black Shark 2 də təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən Redmi 7 modeli 19:9 nisbətli 1520×720 piksel keyfyyətli 6.26 düym IPS ekran (ekran üzərində damcı formalı çıxıntı hissəli), Snapdragon 636 prosessoru, 3/4 GB RAM, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xiaomi şirkətinin CEO-su Lei Jun bildirmişdi ki, Redmi 7 smartfonu 120$-dan baha qiymətə satılmayacaq./BizPlus

Teqlər

Ilkin Azimov

Saytın Developeri və Baş Admini olaraq, 2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə məlumatları öz dilimizdə təqdim edirəm. TexnoAze.Com heç bir qazanc məqsədi güdmədən fəaliyyət göstərir.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir