Gündəm

Huawei Android və Windows-dan imtina etməyə hazırdı

Huawei şirkətinin icraçı direktoru Yu Chengdong, Windows və Android əməliyyat sistemlərin istifadəsindən imtina edə biləcəyini söyləyib.

Onun sözlərinə görə, əgər belə bir zərurət yaranarsa, şirkət öz proqramlarından istifadə edəcəkdir. Buna baxmayaraq, Huawei-də hesab edirlər ki, Microsoft və Google ilə əməkdaşlıq münasibətləri olduqca əlverişlidir.

Hələ 2018-ci ilin noyabr ayında Huawei-in mobil qurğular üzrə vitse-prezident Bruce Lee, şirkətin Huawei və Honor smartfonlarında Android-u əvəz edəcək müstəqil əməliyyat sistemi üzərində işlədiyini rəsmən təsdiqləmişdi./BizPlus

Teqlər

Ilkin Azimov

Saytın Developeri və Baş Admini olaraq, 2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə məlumatları öz dilimizdə təqdim edirəm. TexnoAze.Com heç bir qazanc məqsədi güdmədən fəaliyyət göstərir.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir