Maraqlı

Batareya ömrünü uzatmağın yolu

Batareya kalibrləmə nədir?

Batareyanın kalibrləmə prosesi, batareyanın tənzimlənməsi prosesidir. İlk günkü kimi preformans göstərmədiyi üçün kalibrləmə edilir. 10% batareya ömrü qaldıqda birdən-birə sönməsi, telefonu yükləməyə(zaryadka) taxarkən tam dolmadan 100%-ə qalxması və s. Bu kimi problemlərin qarşısın almaq üçün müəyyən müddətlər ərzində telefonumuz kalibrləmə edilməlidir. Yoxlama müddətində bir neçə insan bu prosesi etdikdən sonra problemlərin olmadığını demişdir.

Batareyanın kalibrlənməsi necə aparılır?

1-Addım. Telefonunuzdakı batareyanı tamamilə boşaltın,sönsün.
2-Addım. Telefonunuza heç bir halda toxunmadan ən azı 8 saat doldurun.
3-Addım. Telefonunuzu söndürün və yükləmədən(zaryadka) çıxarın.
4-Addım. Cihazı 1 saat qapalı vəziyyətdə yenidən doldurun. Doldu işarəsi gəlsə də, toxunmayın.
5-Addım. Telefonu qapalı vəziyyətdə 1 saata qədər şarj etdikdən sonra telefonunuzu yandırın və bir neçə dəqiqə (2-3 dəqiqə)  sonra telefonu yenidən söndürün.
6-Addım. Telefonu söndürdükdən sonra yenidən 1 saat qədər şarj edin. Sonrasında isə açın və hazırdı.

Bu əməliyyatlardan sonra kalibrləmə prosesi başa çatdı.

Teqlər

Ilkin Azimov

Saytın Developeri və Baş Admini olaraq, 2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə məlumatları öz dilimizdə təqdim edirəm. TexnoAze.Com heç bir qazanc məqsədi güdmədən fəaliyyət göstərir.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir