Gündəm

Xiaomi Redmi 7 şok qiymət ilə satışa çıxacaq

Çinin yüksələn ulduzları arasında iştirak edən Xiaomi’nin alt markası olan Redmi, 18 Martda Redmi Note 7 Pronu rəsmi olaraq istehlakçıların bəyənməsinə təqdim etməyə hazırlanır.

Bunun üzərinə markanın baş direktoru Lu Weibing, keçdiyimiz günlərdə bir mətbuat konfransı təşkil və Redmi Note 7 Prodan fərqli olaraq yeni bir modelin daha yolda olduğunu bildirmişdi.

Xiaomi Redmi 7 qiyməti bəlli oldu !

Nəticədə sızanlara görə, bu modelin Redmi 7 olduğu düşünülmüşdü. Xiaomi şirkətinin baş icraçı direktoru Lei Jun rəsmi olaraq Redmi 7-nin gələcəyini elan etdi. Hələ Cihazın nə zaman satılacağını bilmirik, lakin çıxışdan əvvəl təqdimat əvvəli hansı qiymətlər aralığında olması açıqıanmışdır.

Lei Jun’a görə, Redmi 7’in 104$ və ya 119$ arasında bir qiyməti olacaq.  Redmi 7 bizə bu qiymət aralığında nə təklif edəcək?

Cihaz, Snapdragon 710 çipseti ilə təmin olunmuşdur. Bu, 2 GB / 3 GB / 4 GB, 3 fərqli RAM, 16GB / 32GB / 64GB 3 fərqli yaddaş seçimində olacaqdır. Cihaz ayrıca 6.26 inc genişlikdə və 1520 x 720 piksellik bir çözünürlüyə malikdir.

12 MP + 8 MP 2 arxa kamera və 8 MP ön kamera sensoru var. 4.000 mAh’lik bir batareya ilə gələn cihaz, MIUI 10-based Android 9 Pie əməliyyat sistemi ilə qutusundan çıxacaqdır.

Qurğunun ən diqqət çəkici cəhəti, bizə 8 fərqli rəng variantları ilə təqdim ediləcək. Redmi 7 gözləntilərə cavab verəcək bir cihaz ola biləcəkmi.  Cihaz haqqında nə düşünürsünüz? Fikirlərinizi aşağıda bildirə bilərsiniz.

Teqlər

Ilkin Azimov

Saytın Developeri və Baş Admini olaraq, 2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə məlumatları öz dilimizdə təqdim edirəm. TexnoAze.Com heç bir qazanc məqsədi güdmədən fəaliyyət göstərir.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir