Gündəm

Uqandada “internet vergisinə” göre insanlar artıq sosial şəbəkələrdən istifadə etmir

Ölkədə keçen ilin yayında qüvvəyə minən qanuna görə internetdən istifadəyə görə vergi alınmağa başladı. Ölkədəki insanların 60%-i artıq “Facebook” , “İnstagram” , “WhatsApp” , “Twitter” kimi sosial şəbəkələrdən istifadə etmir. Əlavə olaraq internet üzrə pul köçürmələrinədə vergi qoyulub. Ölkə rəsmilərinin açıqlamalarına görə 2.5 milyondan çox insan internet istifadəni dayandırmışdır. Deyvid Bahatinin açıqlamasına görə dövlət vergidən gələn pulla maliyyə mənbələrinin artırılmasın hədəfləyib. Ölkədə bank sektoru yüksək inkişaf etmədiyinə görə əhali pul köçürmələrin internet vasitəsi ilə edirdi, lakin internete verginin tətbiq edilməsi maliyyəyə ciddi ziyan vurub. Hökümət tərəfindən verilən açıqlamaya görə əhalinin şikayətləri nəzərə alınaraq yaxın vaxtlarda problemdən çıxış yolu tapılacaq, uyğunsuzluq aradan qaldırılacaqdır.

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir