E-Ticarət

Aliexpressdə bank kartının güvənliyin təmin etmək

İnternət şəbəkələri böyüdükcə hackerlerdə inkişaf edir. Aliexpress güvenli quruluma sahib olmasına baxmayaraq, hər an hacklana bilər, kart məlumatlarınız ələ keçirilə bilər. Bir neçə il öncə Ebayda bu baş vermişdi. “Qısacası heçbir sistem güvənli deyil” şüarı ilə məqaləmizə davam edək. Azərbaycanda Aliexpressdən sifariş verərkən ən çox istifadə olunan ödəmə üsulu bank kartlarıdır. Sizə bank kartlarının güvənliyindən danışacayıq. İlk öncə digər alternatif ödəmə üsullarından istifadə edə bilərsiniz. Biz məhsul sifariş verərkən Webmoneydən çox istifadə etmişik və daha güvənli olduğu qənaətinə gəlmişik. Webmoney məlumatlarınız gizli tutulan, heç bir halda istəmədiyiniz müddətcə öz şəxsi məlumatlarınızı paylaşmadan istifadə edə biləcəyiniz online pul qabıdır. Dünya səviyyəsində tanınmış bir çox şirkətlərən ödəmə üsullarında Webmoneyə asanlıqla rast gələ bilərsiniz. Siz yenə də bank kartı ilə alış-veriş etməkdə qərarlısınızsa, o zaman diqqətlə oxuyun. Öz kartınızla sifsarişinizi verdikdən sonra girib kartı silin yaxud kart məlumatlarında etibarlılıq, cvv kodun deyişin beləliklə kartınızı istifadə etmələri mümkün deyil. Digər bir üsul halhazırda virtual bank kartıdır. Halhazırda istifadə etdiyim bank Kapital Bankdır. Kapital Bankın ərsəyə gətirdiyi Birbank proqrami ilə 1 Azn ödəməklə virtual karta sahib ola bilərsiniz. Maksimum səhv etmirəmsə, 6 ay istəfadə edə bilərsiniz. Kartla Aliexpressdə və ya digər e-ticarət şəbəkələrində bu kartdan istifadə edə bilərsiniz. İşləriniz bitdikdən sonra kartı deaktiv edə bilərsiniz. Bununla sizin kartınızı ələ keçirmələri mümkün deyil. Digər banklarda belə birşey olub-olmadığı haqqında maraqlanmamışam, lakin araştıraraq istədiyinizə nail ola bilərsiniz.

Teqlər

Ilkin Azimov

2019-cu ildə həvəs olsun deyə yox, böyük nailiyyətlər əldə etmək üçün bu yola baş qoydum. Xalqımın texnologiyanı xarici saytlardan deyil də, öz doğma dilində bizlərdən öyrənməsini istəyirəm. Doğma dilimizdə mənbələr olmadığı üçün mən sevə-sevə sizlərə melumatları öz dilimizdə təqdim edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir