Gündəm

“Whatsapp”da YENİLİK – Barmaq izi…

“Whatsapp”ın “Android” versiyasında messencerin istifadəçinin barmaq izi ilə qorunması funksiyası aşkar edilib. Lakin bu funksiya adi istifadəçilərdən hələlik gizlədilib.
Texnoaze Technote-a istinadən xəbər verir ki, sözügedən funksiya messencerin “Gizlilik” ayarlar bölməsində aşkar edilib. Bu funksiya aktivləşdiriləndə ayrı-ayrı çatlar deyil, messencerin özü tamamilə bloklanır.
Əgər smartfonun barmaq izi skanı texnologiyası hansısa səbəbdən istifadəçinin barmaq izini təyin etmirsə, onda “Whatsapp”ı “Android”in standart blokdan çıxartmaq üsulu ilə (qrafik şifrə, PIN kod və ya adi şifrə) aktivləşdirmək olar. Messencerin “iOS” versiyasında bu funksiya hələ keçən ilin yaz fəslində ortaya çıxmışdı. Lakin “iOS” versiyada da funksiya hələlik test mərhələsində çalışır və yalnız az istifadəçi kütləsi üçün aktiv edilib.

Yeni funksiyanın rəsmi olaraq nə zaman təqdim olunacağı məlum deyil. Lakin bu, qısamüddətli təcrübə olsa idi çətin ki, tərtibatçılar buna bu qədər zaman ayırardılar. Messencerin beta versiyasında ortaya çıxmış daha bir maraqlı funksiya da ondan ibarətdir ki, bundan sonra istifadəçi göndərəcəyi audiomesajı göndərməmişdən öncə dinləyə biləcək.

Bu funksiya hal-hazırda “ios” larda işləyir. İstifadə etmək üçün Whatsappda ayarlar bölməsində >hesap a daxil olaq və >gizlilik bölməsini seçirik, sonra isə aşağıda >ekran kilidi bölməsinə daxil oluruq. Qarşımıza aşağıdakı kimi belə bir şəkil çıxacaq , oradan Touch id ə icaze verib barmağ izimizi daxil edirik.


Ali Muxtarov

Texnoaze.com 2019-cu ildə qurulmuş veb səhifədir. Azərbaycanda İT sahəsində geniş informasiyaların formalaşması, yayılması, ən əsası Azərbaycan dilində texnologiya sahəsində informasiya bazası yaratmaq üçün bu yola çıxaraq fəaliyyətə başladıq.

Oxşar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close
Close